İngiltərədən ilk xal itkisi

İdman

20.06.2024 22:19

Avropa çempionatının C qrupunda 2-ci tura  Danimarka – İngiltərə qarşılaşması ilə yekun vuruldu. Komandalar Frankfurtun “Doyçe Bank Park” stadionunda münasibətlərinə aydınlıq gətirdilər.

TodayPress xəbər verir ki, İngiltərə qarşılaşmanı qazanmaqla 1/8 finala adlamaq niyyətində idi. Danimarka isə meydana ilk qələbəsini qazanmaq üçün çıxmışdı. İlk 45 dəqiqədə son günlərin ən maraqlı oyununu seyr etdik. Harri Keyn hesabı açsa da, Morten Yulmannın bərabərlik qolu azarkeşlərə zövq yaşatdı 1:1. Danimarka cəsur performansı sayəsində qrupun liderini büdrədə də bilərdi. Lakin “Olsenin 11 dostu” heç-heçəyə razılaşdı. Çempionatın favoriti hesab olunan İngiltərə isə xal itkisi yaşadı.

Namiq HUN

tag: Danimarka, İngiltərə, Avropa çempionatı, Favorit, todaypress.az,