İngiltərədə qapıçı faciəvi şəkildə həlak oldu
İdman
20.12.2024 11:57
İngiltərənin "Barton Taun" klubunun qapıçısı Ceyms Hiçkok faciəvi şəkildə həlak olub.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, hadisə York şəhərinin dəmir yolu stansiyasında baş verib.
Qolkiper ölümlə nəticələnən baş travmaları alıb. 30 yaşlı futbolçunun həyat yoldaşı və uşağı qalıb.
Cinayətlə bağlı qətl və soyğunçuluqda ittiham olunan Makkenzi Dikiçço həbs edilib.
Namiq HUN
tag: Futbol ,Klub, York ,Dəmir, todaypress.az,