İngiltərədə futbolçu irqçi təhqirlərə məruz qaldı
İdman
13.01.2025 19:15
Futbol üzrə İngiltərə Kubokunun 1/32 finalında “Tottenhem” klubuna məğlubiyyətdən sonra “Tamuort”un futbolçusu Kris Vret irqçi təhqirlərə məruz qalıb.
TodayPress, “SkySports”a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu oyundan sonra sosial şəbəkədə bu barədə bildirib.
Ona ünvanlanan təhqir mesajının görüntüsünü paylaşan futbolçu artıq polisə müraciət etdiyini deyib. Polisdən verilən açıqlamada təhqiramiz mesajdan xəbərdar olduqları və klubla əlaqə saxlanıldığı bildirilib.
Qeyd edək ki, görüş "Tottenhem"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Futbol ,İngiltərə Kuboku,Tottenhem,Tamuort,Kris Vret,todaypress.az,