İngiltərə Premyer Liqasında yeni mövsüm başlayır
İdman
16.08.2024 13:00
Bu gün İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünə start veriləcək.
TodayPress xəbər verir ki, mövsümün ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Mançester Yunayted" "Old Trafford"da "Fulhem"i qəbul edəcək.
Turun mərkəzi matçı 18 avqust tarixində "Çelsi" - "Mançester Siti" klubları arasında keçiriləcək.
İlk turun oyunları 17-18-19 avqust tarixlərində keçiriləcək.
Namiq HUN
tag: İngiltərə, Çelsi,Mançester Siti,Old Trafford,Fulhem, todaypress.az,