İngiltərə Premyer Liqası: “Mançester Siti” növbəti dəfə məğlub oldu
İdman
21.12.2024 20:44
İngiltərə Premyer Liqasının 17-ci turunda
“Aston Villa” “Mançester Siti”ni qəbul edib.
TodayPress xəbər verir ki, baş hakim Piter Benksin idarə
etdiyi oyun “Villa Park”da baş tutub.
Matçda hesab erkən açılıb: 16-cı dəqiqədə Birminhem
təmsilçisinin kolumbiyalı hücumçusu Con Duran komanda yoldaşı Morqan Rocersin
ötürməsindən maksimum yararlanıb 1:0. Qarşılaşmada növbəti qol 65-ci dəqiqədə
vurulub.
Rocers fərqi 2-yə artırıb. “Şəhərlilər”in
gücü isə sadəcə bir qola çatıb: Fil Foden müdafiəçilərin səhvindən yararlanaraq
qapıçı Emiliano Martinesi məyus edib.
Qeyd edək ki, bu qələbədən sonra Unai Emerinin
yetirmələri (28 xal) beşinci pilləyə yüksəlib. Xosep Qvardiolanın komandası
(27) isə altıncı pilləyə geriləyib. “Mançester Siti” Premyer Liqada son səkkiz
oyundan cəmi birində qalib gəlib, qalan yeddisində isə yenilib. “Şəhərlilər”
sonuncu dəfə evdə əzəli rəqibləri “Mançester Yunayted”ə məğlub olmuşdular.
Premyer Liqa turnir cədvəlinin vahid lideri isə Arne
Slotun “Liverpul”udur (36).
tag: İngiltərə, Liqa, Con Duran, Fil Foden,Aston,todaypress.az,