İngiltərə nəhənglərinin xal itirdikləri tur
İdman
15.01.2025 09:26
Futbol üzrə İngiltərə Premyer Liqasında XXI tur start götürüb.
TodayPress xəbər verir ki, ilk oyun günü İngiltərə nəhənglərinin xal itkisi ilə yadda qalıb.
Çempionatın lideri olan “Liverpul” klubu səfərdə “Nottingem Forest”lə bacarmayıb. Tərəflər arasındakı ilk oyunda uduzan mersisaydlılar növbəti dəfə bu rəqiblə görüşdə xal itiriblər.
Komandalar hərəyə 1 dəfə fərqləniblər 1:1. “Mançester Siti” də “Brentford”la səfər qarşılaşmasını 1 xalla başa vurub. 4 qolun vurulduğu oyunda Mançester təmsilçisi son dəqiqədə qələbəni əldən verib 2:2. “Çelsi” isə öz meydanında “Bornmut”la oyunda xal bölgüsünə razılaşıb 2:2. Yalnız “Vest Hem” klubu “Fulhem” ilə London derbisində qələbəyə sevinib 3:2.
Namiq HUN
tag: İngiltərə Premyer Liqası,Liverpul,Mançester Siti,Brentford,Todaypress.az,