İngiltərə millisinin futbolçusu zədə səbəbindən yığmanın heyətindən çıxarıldı

İdman

18.03.2025 23:30

2710

İngiltərə millisinin futbolçusu Koul Palmer zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.

TodayPress xəbər verir ki, bu barədə yarımmüdafiəçinin formasını geyindiyi "Çelsi" klubunun mətbuat xidməti məlumat yayıb.

Məşq sırasında əzələsini dartan 22 yaşlı oyunçu millinin heyətindən kənarda qalıb.

O, İngiltərənin dünya çempionatının seçmə mərhələsində qarşılaşacağı Albaniya və Latviya görüşlərində iştirak edə bilməyəcək.

tag: İngiltərə, Milli, Futbolçu, Çelsi, Albaniya, Latviya, todaypress.az,