İngiltərə millisinin baş məşqçisi kim olacaq?

İdman

12.09.2024 11:40

726

İngiltərə millisinin baş məşqçisi vəzifəsinə əsas namizədlər məlum olub.

TodayPress xəbər verir ki, siyahıda Eddi Hou, Qrem Potter və Frenk Lempardın adı var. 

İngiltərə Futbol Assosiasiyası bu mütəxəssisləri diqqətdə saxlayır.

Federasiyanın prioriteti isə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardioladır. 

Müvəqqəti baş məşqçi kimi ilk 2 oyunda qələbə qazanan Li Karslinin indi daimi çalışdırıcı olmaq üçün yaxşı fürsəti var.

Assosiasiya 2026-cı il dünya çempionatının seçmə mərhələsi başlayanadək yeni baş məşqçi təyinatını gerçəkləşdirmək istəyir. 

Qeyd edək ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt bu ilin iyul ayında vəzifəsindən istefa verib. O, milli ilə Avro-2024-ün finalında İspaniyaya uduzduqdan sonra postundan gedib. 

Namiq HUN

tag: İngiltərə ,Mançester Siti, Xosep Qvardiola, Li Karsli, Qaret Sautqeyt, todaypress.az,