İngiltərə kuboku yeni sahibini tapdı

İdman

17.03.2025 09:20

1297

“Nyukasl” futbol klubu 70 ildən sonra ilk dəfə İngiltərədə kubokunu qazanıb.   

TodayPress xəbər verir ki, Nyukasl-apon-Taun təmsilçisi Liqa kubokunun finalında Premyer Liqanın lideri “Liverpul”a qalib gəlib 2:1. 

“Sağsağanlar”ın heyətində ilk hissədə Den Bern, fasilədən sonra isə Aleksander İsak fərqlənib. “Liverpul”un təsəlli qolunu 90+4-cü dəqiqədə Federiko Kyeza vurub.     

Qeyd edək ki, “Nyukasl” sonuncu dəfə 1955-ci ildə FA kubokunu qazanıb.   

Namiq HUN

tag: İngiltərə,Liqa,Futbol,Liverpul,Nyukasl,Todaypress.az,