İngiltərə Kuboku: “Liverpul” mübarizəni dayandırdı
İngiltərə Kubokunun 1/16 final mərhələsində “Plimut” “Liverpul”u qəbul edib.
TodayPress xəbər verir ki, “Championship”in autsayderi Premyer Liqanın liderini məğlub edərək sensasiyaya imza atıb 1:0.
“Hom Park” qarşılaşmasında yeganə qolu 53-cü dəqiqədə “yaşıllar”ın hücumçusu Rayan Hardi vurub. O, “Liverpul”un yarımmüdafiəçisi Harvi Elliotun əllə oyunundan sonra təyin olunmuş penalti zərbəsindən fərqlənib. Nəticədə bosniyalı baş məşqçi Miron Musliçin yetirmərləri turnirin 1/8 finalına adlayıblar.
İngiltərə kubokunda 1/16 final mərhələsinin digər oyunlarında “Vulverhempton” “Blekbörn”ü (2:0), “Aston Villa” isə “Tottenhem”I (2:1) mübarizədən kənarlaşdırıb.
Namiq HUN
tag: İngiltərə,Plimut,Liverpul, Harvi Elliot,Todaypress.az,