İngiltərə futbolunda unikal hadisə

İdman

03.12.2024 13:32

Futbol üzrə İngiltərə kubokunun 3-cü mərhələsinin püşkatması gözlənilməz hadisəyə səbəb ola bilər.

TodayPress xəbər verir ki, püşk “Everton”u aşağı liqa təmsilçisi “Peterboro” ilə üz-üzə qoyub.

Qarşılaşma iki futbolçu üçün unudulmaz hadisə ilə yadda qalacaq.

“Everton”un 39 yaşlı müdafiəçisi Eşli Yanq “Peterboro”da forma geyinən 17 yaşlı oğlu Tayler Yanqla rəqib olmaq imkanı qazanıb. 

Hər iki futbolçu həmin qarşılaşmada baş məşqçinin etimadını qazansa, ölkə kuboku nadir hallarda təsadüf olunan ata-oğul dueli ilə diqqət çəkəcək.

Qeyd edək ki, İngiltərə kubokunun 3-cü mərhələsinin oyunları 2025-ci il yanvarın 11-də keçiriləcək.

Namiq HUN

tag: Everton, Liqa, Eşli Yanq, Peterboro, todaypress.az,