İngiltərə fərqi artırdı

İdman

02.05.2025 10:35

15

Avrokubokların yarımfinal mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.   

TodayPress xəbər verir ki, İngiltərə, İspaniya və Fransa xal hesablarını artırıb. 

Klubları üç qələbə qazanan İngiltərə izləyiciləri ilə fərqi artırıb və liderliyini möhkəmlədib.

Futbolun yaradıcıları 113,410 xalla UEFA reytinqinə başçılıq edir.  İtaliya 96.668 xalla ikinci, İspaniya isə 94.239 xalla üçüncü yerdədir. 

Azərbaycanın mövqeyi dəyişməyib.

Avrokuboklarda təmsilçisi qalmayan ölkəmizin hesabında 19,625 xal var. Azərbaycan 55 ölkənin yer aldığı siyahıda 30-cudur. 

Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” isə 0,125 xal əldə edib. 

 Namiq HUN

tag: UEFA,Liqa,İngiltərə,Klub,Todaypress.az,