İngiltərə çempionunun 100 xalı silinə bilər
"Mançester Siti" futbol klubu Premyer Liqanın maliyyə qaydalarını pozmaqda şübhəli bilinir.
TodayPress xəbər verir ki, bununla bağlı maliyyə eksperti Kieran Maquayr danışıb. O, "şəhərlilər"in 100-ə qədər xalının silinməsi ehtimalının olduğunu söyləyib.
“Klubun 60-dan 100-ə qədər xal itirəcəyini güman edə bilərik ki, bu da onun Premyer Liqadan aşağı liqaya düşməsi üçün kifayət edəcək. Müstəqil komissiyaya təqdim etmək üçün bütün sübutların mövcud olduğunu fərz etsək, 8 həftəlik dinləmə proses 3-4 ay çəkə bilər. Çünki 115 ittihamın hər biri üzrə qərar qəbul edilməlidir”.
Qeyd edək ki, "Mançester Siti" 2009-2018-ci illər arasında maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunur. Klubun etdiyi maliyyə ödənişlərini tam açıqlamadığı güman edilir.
Namiq HUN
tag: İngiltərə, Çempion ,Liqa ,Kieran Maquayr ,Mançester Siti, todaypress.az,