İngiltərə çempionu “Omoniya” ilə anlaşdı
İdman
01.10.2024 14:40
Hücumçu Stevan Yovetiç karyerasını Kiprdə davam etdirəcək.
TodayPress xəbər verir ki, monteneqrolu futbolçu “Omoniya” ilə müqavilə imzalayıb. Bu barədə Kipr təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı forvard 2 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Yovetiçin son klubu Yunanıstan “Olimpiakos”u olub.
Pirey təmsilçisi ilə ötən mövsüm UEFA Konfrans Liqasının qalibi olan hücumçu karyerası ərzində “Partizan”, “Fiorentina”, “İnter”, “Sevilya”, “Monako”, “Herta” və “Mançester Siti” klublarında çıxış edib.
Stevan “şəhərlilər”lə Premyer Liqa çempionu olub.
Namiq HUN
tag: Stevan Yovetiç ,Kipr,Omoniya,UEFA, todaypress.az,