İngiltərə çempionu müdafiə xəttini gücləndirir
İdman
03.01.2025 11:26
“Mançester Siti” klubu Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir.
TodayPress xəbər verir ki, “şəhərlilər” mərkəz müdafiəçi Abdukodir Xusanovu hədəfə alıb.
İngiltərə çempionu 20 yaşlı futbolçunun transferini yaxın zamanda həyata keçirməyi planlaşdırır.
Hazırda “Lans”da çıxış edən Abdukodir bir neçə aparıcı klubların maraq dairəsindədir.
Qeyd edək ki, Xusanov Özbəkistan yığmasının heyətində 18 qarşılaşmada meydana çıxıb.
“Transfermarkt” portalında onun transfer dəyəri 12 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Transfer, Qarşılaşma,Milyon, Avro, Dəyər, todaypress.az,