İngiltərə adını kvartetə yazdırdı
İdman
06.07.2024 22:54
Futbol üzrə Avropa çempionatında 1/4 finalın son oyunları keçirilir.
TodayPress xəbər
verir ki, günün ilk matçı Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və
İsveçrə komandaları arasında baş tutub. Bu oyuna qədər 15 qarşılaşmanın 11-ni
qazanan futbolun yaradıcıları cütün favoriti sayılsalar da, topu ilk olaraq qapılarından
çıxartmalı olublar.
Matçın 75-ci dəqiqəsində Brel
Embolo İsveçrəni hesabda irəli çıxarıb 1:0. Amma İngiltərə millisinin cavabı
özünü çox gözlətməyib. 80-ci dəqiqədə Bukayo Saka oyunda status-kvonu bərpa
edib 1:1.
İtaliyalı referi Daniele
Orsatonun fit sahibi olduğu matçın əsas vaxtında qalib məlum olmayıb.
Overtaymda da tərəflər fərqlənməyincə, cütün qalibi penaltilər seriyasında müəyyənləşib.
Futbol lotoreyasını İngiltərə millisi qazanaraq turnirin yarımfinal mərhələsinə
yüksəlib.
Namiq HUN
tag: todaypress.az, İngiltərə, İsveçrə, AVRO-2024,Oyun,