İngiltərə 3 xalı 1 qolla qazandı
Avropa çempionatının üçüncü oyun günündə titula iddia edən İngiltərə millisi ilk matçına çıxıb. Serbiya və İngiltərə komandaları arasında C dördlüyü çərçivəsində qrup mərhələsinin 1-ci turunun oyunu Helzenkirhendəki “Feltins-Arena”da keçirilib.
TodayPress xəbər verir ki, İngiltərə millisi cütün favoriti olduğunu erkən dəqiqədə vurulan qolla sübut edib. 13-cü dəqiqənin tamamında Cud Bellinqemin Bukayo Sakanın ötürməsindən sonra tora göndərdiyi top oyunda həlledici olub 1:0.
Qeyd edək ki, Avro-2024-ü İngiltərə yığması qazansa, o zaman vəziyyət “Qızıl top” uğrunda mübarizə aparan Belinqem üçün birmənalı olacaq. Aktivində “Real”la Çempionlar Liqası və La Liqa qalibiyyəti olan Bellinqem asanlıqla mükafata sahib çıxacaq.
Serbiya və İngiltərə milliləri buna qədər 2003-cü ildə yoldaşlıq görüşündə üz-üzə gəlib. Həmin qarşıdurmada İngiltərə millisi 2:1 hesabı ilə qalib gəlib.
Namiq HUN
tag: İngiltərə,Avropa, Çempionat, Avro 2024, todaypress.az,