İngilis futbolçu daha bir il gözləməli olacaq
İdman
10.09.2024 11:13
"Mançester Yunayted" arzusunda olduğu Ebereçi Ezeni ən yaxşı halda gələn yayda heyətinə qata bilər.
TodayPress xəbər verir ki, hücumçunun Mançester səfəri “qırmızı şeytanlar”a 68 milyon avroya başa gələcək.
"Kristal Pelas"la futbolçu arasındakı müqavilədə 2025-ci ildə sərbəst qalma maddəsi aktiv olacaq. İngiltərə yığmasının forvardını transfer etmək istəyən klublar 68 milyon ödəməlidirlər.
Qeyd edək ki, yayda bir çox komanda Eze ilə maraqlansa da, "Kristal Pelas"ın yüksək məbləğ tələbi səbəbindən transfer reallaşmayıb.
Namiq HUN
tag: Mançester Yunayted, Ebereçi Ezeni, Qırmızı Şeytanlar, Kristal Pelas, İngiltərə, todaypress.az,