İngilis forvard “pley-off” bombardiri statusunu qazandı

İdman

11.07.2024 10:40

Futbol üzrə Avropa çempionatlarının final mərhələsinin pley-offunda ən çox qol vuran futbolçu müəyyənləşib. 

TodayPress xəbər verir ki, İngiltərə milisinin forvardı Harri Keyn bu şərəfə nail olub. 

O, indiyə qədər 6 dəfə fərqlənib. Hücumçu qitə çempionatının yarımfinalında Niderlandla görüşdə penalti zərbəsindən rəqib torunu silkələməklə bu şərəfə nail olub. Daha əvvəl hücumçu Avro-2024-ün 1/8 finalında Slovakiya ilə matçın əlavə vaxtında fərqlənib. 

Harri Keyn bu göstəricidə hesabında 5 qol olan Antuan Qrizmann və 4 dəfə fərqlənən Herd Mülleri arxada qoyub.

Namiq HUN

tag: İnglis, Avropa Çempionu, Harri Keyn, Niderland, Futbol, todaypress.az,