İngilis fanatları yenə öz ampluasında: Bu dəfə almanları döydülər

İdman

06.07.2024 15:35

Futbol üzrə Avropa çempionatının 1/4 finalında İspaniya yığmasına məğlub olan meydan sahiblərinin azarkeşləri ilə ingiltərəli fanatlar arasında dava düşüb.

TodayPress "Daily Mail"ə istinadən xəbər verir ki, buna İngiltərə millisinin azarkeşlərinin almaniyalı fanatları ələ salması səbəb olub.

İngiltərəli azarkeşlər yerli fanatları Almaniyanın mübarizəni dayandırmasına görə ələ salıb, onları təhqir edən mahnılar və İspaniyanı dəstəkləyən şüarlar səsləndiriblər. Bu, fanatların bir-birinə plastik qablar atmasına və davaya səbəb olub. Nəticədə hadisəyə polislər müdaxilə etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, İspaniya millisi Almaniyanı 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Namiq HUN

tag: Almaniya,İngiltərə,İspaniya, Avropa Çempionat, Azarkeşlər, todaypress.az,