“İndiana Peysers” 1/4 finala qələbə ilə başladı
ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin son iştirakçısı məlum olub.
TodayPress xəbər verir ki, Qərb Konfransında “Hyuston Rokets”ə (103:89) qalib gələrək seriyanı qazanan “Qolden Steyt Uorriors” növbəti raunda yüksəlib.
Şərq Konfransında isə artıq 1/4 final mərhələsinin ilk oyunu keçirilib.
“Klivlend Kavalyers” doğma meydanda "İndiana Peysers"ə (112:121) məğlub olub.
Namiq HUN
tag: İndiana Peysers,Klivlend Kavalyers,Basketbol,NBA,Todaypress.az,