“İndex”: “Dinamo” onu siyahıdan sildi. O, indi Almaniyada qarşısıalınmazdır”
İdman
06.11.2024 09:54
Xorvatlar Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə görə təəssüflənir.
TodayPress xəbər verir ki, Xorvatiyanın “İndex” nəşri “Nürnberq”də ardıcıl qollar vuran hücumçu Mahir Emreli haqda yazı hazırlayıb.
Xorvatlar Zaqreb “Dinamo”sunun sabiq üzvünün hazırda “Nürnberq”də fantastik oynadığını yazıb:
“O, II Bundesliqanın XI turunda “Hamburq”la səfər matçında (1:1) bərabərlik qolunu vurub. Bu Emrelinin qol vurduğu ardıcıl dördüncü oyundur. “Dinamo”nun sabiq hücumçusu Almaniyada fantastik formada oynayır”.
Yazıya “Dinamo” onu siyahıdan silib, pulsuz buraxdı. O, indi Almaniyada qarşısıalınmazdır” başlığı verilib.
Nəşrdə “Dinamo” bu yay Emreli ilə müqaviləyə xitam verdiyi üçün o, avqustda azad agent kimi Almaniyaya yollanıb. Həmçinin, “Dinamo”nun maaşı yüksək olan bəzi futbolçulardan yaxa qurtarmaq istədiyi üçün Mahiri komandadan kənarlaşdırdığı qeyd olunub:
“Emreli “Dinamo”ya 2022-ci ilin fevralında “Legiya”dan azad agent kimi gəlib. O, mövsüm üçün 750 min avro maaşla 4 illik müqavilə imzaladı ki, bu da futbolçunu komandada ən yüksək maaş alanlardan birinə çevirdi. O, “Dinamo”nun heyətində 47 oyun keçirib və 10 qol vurub, 5 məhsuldar ötürmə edib. “Nürnberq”də isə bütün yarışlarda 7 oyunda 4 qol vurub”.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm “Nürnberq”in heyətində 3-ü çempionat, 1-i isə kubokda olmaqla son 4 görüşdə meydandan qolsuz ayrılmayıb.
Namiq HUN
tag: Mahir Emreli, Nürnberq, Almaniya, Bundesliqa, todaypress.az,