“İmperator” Pro Liqanın tarixinə düşdü
Türkiyəli futbol mütəxəssisi Fatih Terim Səudiyyə Ərəbistanında ayın məşqçisi seçilib.
TodayPress xəbər verir ki, onun çalışdırdığı “Əl-Şabab” klubu mart ayında çempionatda 2 qələbə qazanıb və 1 heç-heçə edib.
Qeyd edək ki, Fatih Terim “Əl Şabab”la Pro Liqada 13 oyun keçirib.
Ər-Riyad təmsilçisi bu görüşlərdə 7 qələbə qazanıb, 2 heç-heçə edib və 4 məğlubiyyət alıb.
Namiq HUN
tag: Fatih terim,Əl-Şabab,Məşqçi,Uğur,Todaypress.az,