İlqar Məmmədov yenidən federasiya prezidenti seçildi

İdman

25.01.2025 16:12

2546

Azərbaycanlı ikiqat olimpiya çempionu İlqar Məmmədov yenidən Rusiya Qılıncoynatma Federasiyasının prezidenti seçilib.

TodayPress TASS-a istinadən xəbər verər ki, seçkilərdə konfransın 58 nümayəndəsi 59 yaşlı funksionerin lehinə səs verib.

Xatırladaq ki, İlqar Məmmədov Seul 1988 və Atalanta 1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisidir. 

Namiq HUN

tag: Qılıncoynatma,İlqar Məmmədov,Rusiya,İdman,todaypress.az,