İlkay Gündoğan "Barselona"da qalacaq
İdman
24.07.2024 12:20
Yarımmüdafiəçi İlkay Gündoğan "Barselona" klubunu tərk etməyəcək.
TodayPress xəbər verir ki, Gündoğan müqavilə müddəti bitənə qədər Kataloniya təmsilçisində baş məşqçi Hans Flikin rəhbərliyi altında oynamaq niyyətindədir.
Qeyd edək ki, 33 yaşlı futbolçu Qətərin "Əl-Sədd" klubundan 3 illik müqavilə təklifi alıb. Onun "Barselona" ilə anlaşmasının müddəti 2025-ci ilə qədərdir.
Namiq HUN
tag: İlkay Gündoğan, Barselona, Əl-Sədd, Kataloniya, todaypress.az,