İlin qolkiperi mükafatına 7 iddiaçı

İdman

29.11.2024 11:17

İlin ən yaxşı qapıçısı adına namizədlər məlum olub.

TodayPress xəbər verir ki, FIFA-nın mətbuat xidməti mükafata iddiaçıların adını açıqlayıb.

2024-cü ilin ən yaxşısı adına 7 qolkiper iddia edir. Bunlar Canluici Donnarumma (PSJ), Ederson (“Mançester Siti”), Andrey Lunin (“Real Madrid”), Mayk Menyan (“Milan”), Emiliano Martines (“Aston Villa”), David Raya (“Arsenal”) və Unai Simondur (“Atletik”).

Qeyd edək ki, ötən ilin ən yaxşısı adını Ederson qazanıb.

Namiq HUN

tag: Qolkiper, FIFA, Ederson, Arsenal, Raya, todaypress.az,