İlin məşqçisi nominasiyasında 5 namizəd
İdman
29.11.2024 11:51
FIFA 2024-cü ilin ən yaxşı məşqçisi adına namizədləri açıqlayıb.
TodayPress xəbər verir ki, mükafatın yeni sahibi 5 məşqçi arasından seçiləcək.
Bunlar Karlo Ançelotti (“Real Madrid”), Pep Qvardiola (“Mançester Siti”), Xabi Alonso (“Bayer 04”), Lionel Skaloni (Argentina millisi) və Luis de la Fuentedir (İspaniya millisi).
Qeyd edək ki, mükafatın hazırkı qalibi Qvardioladır.
Namiq HUN
tag: Fifa,Mükafat,Real Madrid,Karlo Ançelotti,Todaypress.az,