İlin komandası adını “Qarabağ” qazandı
İdman
23.12.2024 13:53
Premyer Liqada 2024-cü ilin ən yaxşı komandası məlum olub
TodayPress xəbər verir ki, ilin ən yaxşı komandası adını “Qarabağ” qazanıb.
36 matçda 89 xal toplayan Qurban Qurbanovun komandası böyük fərqlə digərlərini üstələyib. 28 qələbəsi olan Ağdam təmsilçisi qol sayında 100-ün bir addımlığında qalıb.
“Sabah” ikinci, “Zirə” üçüncü göstəriciyə malikdir. “Qartallar” 36 oyuna ən az top buraxan komandadır.
Qeyd edək ki, bu il Premyer Liqada 180 oyun keçirilib. 2023/2024-cü illər mövsümünün ikinci və cari çempionatın ilk yarısını əhatə edən bu matçlarda 472 qol vurulub.
Namiq HUN
tag: Qarabağ ,Milli, Futbol, Komanda, todaypress.az,