İlin ilk FIDE reytinqi açıqlandı

İdman

02.01.2025 13:08

FIDE şahmatçıların 2025-ci ilin yanvar ayına olan dünya reytinqini dərc edib.

TodayPress xəbər verir ki, reytinqdə Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.

Beş pillə geriləyən qrossmeysterimiz 2732 xalla 21-cidir. 

2698 xala malik Teymur Rəcəbov bir pillə irəliləyərək 32-ci sıraya yüksəlib. 

Kişi şahmatçıların reytinq cədvəlinə 2831 xalla Norveç qrossmeysteri  Maqnus Karlsen başçılıq edir.

Qadın şahmatçılar arasında təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. İki pillə geriləyən şahmatçı 2412 xalla 38-ci yerdədir. Bir pillə irəliləyən Gövhər Beydullayeva 2404 xalla 42-ci yerə yüksəlib. Aktivində 2381 xalı olan Ülviyyə Fətəliyeva isə üç addımlıq sıçrayışla 64-cü pillədədir.

Qadınların reytinq cədvəlinə 2633 xalla çinli Yufan Hu başçılıq edir.

Namiq HUN

tag: Norveç, Xal, Reytinq, Teymur ,todaypress.az,