İlin ilk “El-Klasiko”su baş tutacaq

İdman

10.01.2025 09:50

Futbol üzrə İspaniya Superkubokunda ikinci finalçının adına aydınlıq gəlib.

TodayPress xəbər verir ki, Səudiyyə Ərəbistanında təşkil olunun turnirin həlledici matçında “Barselona” və “Real Madrid” klubları qarşılaşacaq.

“Kral klubu” yarımfinalda “Malyorka”ya qalib gələrək adını finala yazdırıb. Oyunda hesabı 63-cü dəqiqədə Cud Bellinqem açıb 1:0. 90+2-ci dəqiqədə Martin Valyentin avtoqolu ilə hesab arasındakı fərqi artıb. Matçın yekun nəticəsini isə 90+5-ci dəqiqədə Rodriqo müəyyən edib 3:0. 

Qeyd edək ki, ilk yarımfinal matçında “Barselona” “Atletik”i məğlub edib. 

Ispaniya Superkubokunun qalibinin adına matçı yanvarın 12-də aydınlıq gələcək. 

Namiq HUN

tag: Atletik, Rodriqo, Matç, Martin, todaypress.az,