İlin ən yaxşı qapıçı adına namizədlər

İdman

26.10.2024 13:35

Dünyanın ən yaxşı qapıçısı adına namizədlər məlum olub.

TodayPress xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ən yaxşı kişi və ən yaxşı qadın qolkiper adına iddiaçıları açıqlayıb.

Mükafata 20 kişi futbolçu iddia edir. Bunlar Giorgi Mamardaşvili, Dioqo Kosta, Canluici Donnarumma, Qreqor Kobel, Mayk Meiyan, Quqlielmo Vikario, David Raya, Unay Simon, Yan Oblak, Tibo Kurtua, Mark-Andre ter Şteqen, Cordan Pikford, Aleks Remiro, Andrey Lunin, Ederson, Emiliano Martines, Alisson, Luis Malaqon, Andre Onana və Metyu Rayandır.

Qadın qapıçılar arasında ən yaxşı adına namizəd Mari İrps, Kristian Endler, Katalina Kol, Alissa Naeher, Natalia Giraldo, Kaylen Şeridan, Enn Katrin Berger, Makenzi Arnold, Lorena Leyte və Çiamaka Nadozidir.

Qeyd edək ki, mükafatların sahibləri IFFHS-in ölkələr üzrə nümayəndələri arasında səsvermə ilə müəyyən ediləcək.

Namiq HUN

tag: Dünya, Qolkiper,IFFHS,Namizədlər, Mükafat, todaypress.az,