İlin ən yaxşı pleymeykeri adına namizədlər məlum oldu
İdman
24.10.2024 15:05
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ən yaxşı pleymeykeri adına namizədlərin adlarını açıqlayıb.
TodayPress IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 15 futbolçu yer alıb.
Bunlar İngiltərənin "Mançester Siti" klubundan Kevin De Bruyne, İlkay Gündoğan, "Mançester Yunayted"dən Brunu Fernandeş, "Arsenal"dan Martin Edeqor, "Vest Hem"dən Məhəmməd Kudus, İtaliyanın "İnter" klubundan Hakan Çalhanoğlu, "Milan"dan Yunus Musah, "Real Madrid"dən Cud Bellinqem, karyerasını bitirən Toni Kroos, "Barselona"dan Dani Olmo, "Rayo Valyekano”dan Xames Rodriqes, "Bavariya"dan Camal Musiala, "Bayer 04"dən Florian Virts, "İnter Mayami" klubundan Lionel Messi və PSJ-dən Li Kan İndir.
Qeyd edək ki, 2023-cü ildə bu mükafata Kevin De Bruyne layiq görülüb.
Namiq HUN
tag: IFFHS,Mançester Yunayted, Arsenal, Milan, Bavariya, todaypress.az,