İlin ən yaxşı klubu adına namizədlər bilindi
"Globe Soccer" ilin ən yaxşı klubu mükafatına namizədlər açıqlanıb.
TodayPress xəbər verir ki, siyahıda dünyanın 12 klubu yer alıb.
Namizədlər arasında Səudiyyə Ərəbistanının “Əl Əhli”, Birləşmiş Ərəb Əmirliklərindən “Əl-Ayn”, İtaliyadan “Atalanta”, “İnter”, Braziliyadan “Atletiko Mineyro”, “Botafoqo”, Almaniyadan “Bayer 04”, İngiltərədən “Mançester Siti”, Yunanıstandan “Olimpiakos”, Fransadan PSJ, İspaniyadan “Real Madrid”və Portuqaliyadan “Sportinq" klubu var.
Mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda keçiriləcək.
Namiq HUN
tag: Namizədlər, Siyahı,Globe Soccer, Ən Yaxşı Klub, Dubay, Mükafat,todaypress.az,