İlin ən yaxşı hakimi açıqlandı

İdman

25.12.2024 12:25

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ən yaxşı futbol hakiminin adını açıqlayıb.

TodayPress xəbər verir ki, IFFHS-in keçirdiyi səsvermədə fransalı Fransua Leteksye 129 xalla dünyanın ən yaxşı hakimi seçilib.

Sloveniyalı Slavko Vinçiç (86 xal) ikinci, italiyalı Daniele Orsato (74 xal) üçüncü olub.

Qeyd edək ki, 2022 və 2023-cü illərdə ən yaxşı hakim adına layiq görülən polşalı Şimon Marçinyak bu dəfə 7-ci yeri tutub.

Namiq HUN

tag: Fransa, Ən yaxşı, Hakim, Səsvermə, todaypress.az,