İlin ən yaxşı gənc futbolçusu açıqlandı
İdman
29.10.2024 05:32
Fransanın paytaxtı Parisin evsahibliyi etdiyi “Qızıl
top”un təltifetmə mərasimində ilin ən yaxşı gənc futbolçusu bəlli olub.
TodayPress-in məlumatına
görə, mükafata İspaniyanın "Barselona" komandasının 17 yaşlı üzvü
Lamin Yamal layiq görülüb.
Qeyd edək ki, 2023-cü ildə bu mükafat İspaniya
"Real Madrid"inin yarımmüdafiəçisi Cud Bellinqemə verilib.
tag: Fransa, Paris, Qızıl Top, Barselona, Real Madrid, todaypress.az,