İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) “İlin ən yaxşı oyunçusu” mükafatına namizədləri açıqlayıb.
TodayPress xəbər verir ki, siyahıda 30 futbolçu yer alıb.
Namizədlər arasında “Real Madrid”, “Mançester Siti”, “Arsenal” və “Bavariya”nın futbolçuları üstünlük təşkil edir.
Bu dəfəki siyahıda hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi və “Əl-Nəsr”in formasını geyən Kriştiano Ronaldo yer almayıb.
Namizədlər arasında “Real Madrid” klubundan Kilian Mbappe, Vinisius Junior, Cud Bellingem, Dani Karvaxal, Federiko Valverde, Rodriqo yer alıblar.
“Mançester Siti” Erlinq Hoaland, Rodri, Ruben Dias və Fil Fodenlə təmsil olunub.
“Arsenal”dan Bukayo Saka, Deklan Rays, Martin Odegaard və Uilyiam Saliba bu şərəfə nail olublar.
“Bavariya”dan Camal Musiala, Harri Keyn və Alfonso Devis namizəddir.
“Barselona”dan Lamin Yamal və Dani Olmo mükafata iddia edirlər.
Siyahıya Floryan Virts (“Bayer 04”), Koul Palmer (“Çelsi”), Niko Uilyams (“Atletik”), Fabian Ruiz (PSJ), Kodi Qakpo (“Liverpul”), Lautaro Martinez (“İnter”), Xames Rodriqes (“Rayo Valyekano”), Ademola Lokman (“Atalanta”), Viktor Osimhen (“Qalatasaray”), Əkrəm Afif (“Əl-Sədd”) və Toni Kroos (karyerasını bitirib) kimi futbolçular da adlarını yazdırıblar.
Namiq HUN
tag: Namizədlər, Barselona,IFFHS, Real Madrid, İnter Mayami, todaypress.az,