İldırım can aldı

İdman

04.11.2024 16:04

Peruda futbol oyunu zamanı faciə baş verib.

TodayPress xəbər verir ki, "Xuventud Bellavista" - "Familia Çokka" matçı zamanı güclü yağış başlayıb.

Futbolçular paltardəyişmə otağına yollanarkən qəfildən meydana ildırım düşüb. 

Nəticədə “Xuventud Bellavista” klubunun müdafiəçisi Xose Uqo De la Krus Mesa ölüb. 35 yaşlı futbolçu meydanda həyatını itirib. Yanıq xəsarəti alan daha dörd futbolçu isə yaralanıb.

Namiq HUN

tag: İldırım,Peru,Xuventud Bellavista,Familia Çokka,Yanıq, Ölüm, todaypress.az,