İl ərzində idmanda qazanılan mükafatlar açıqlandı

İdman

27.12.2024 13:44

Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazanıblar. 

TodayPress Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir.

Qazanılan medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürüncdür. 

İl ərzində olimpiya idman növləri üzrə 827 medal qazanılıb. Bunlardan 246-sı qızıl, 238-i gümüş, 343-ü isə bürünc medaldır. 

Paralimpiya idman növlərində 37 medal əldə edilib. Bunlardan 12-si qızıl, 16-sı gümüş, 9-u isə bürünc medaldır. 

İdmançılarımızın qeyri-Olimpiya növlərində isə qazancı 854 medal olub. Bunlardan 408-i qızıl, 211-i gümüş, 235-i isə bürünc medaldır. 

Namiq HUN

tag: İdman, Nazirlik ,Medal ,Qızıl, todaypress.az,