İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı

İdman

04.12.2024 05:00

İkiqat Olimpiya çempionu, velosipedçi Remko Evenepul qəzaya uğrayıb.

TodayPress  "Cycling News"a istinadən xəbər verir ki, o, ölkəsi Belçikada məşq zamanı mikroavtobusla toqquşub.

24 yaşlı idmançı çiynindən və qolundan ciddi xəsarət alıb.

Qeyd edək ki, R.Evenepul Fransada keçirilən Paris 2024 Yay Olimpiya Oyunlarında fərdi və qrup yarışlarında qızıl medal qazanıb.

 

 

tag: Olmpia, Qəza, Xəsarət, Fransa, Paris2024, todaypress.az,