İkiqat Olimpiya, beşqat dünya çempionu vəfat etdi
İdman
31.01.2025 17:45
Əfsanəvi amerikalı fiqurlu konkisürən Dik Batton 95 yaşında vəfat edib.
TodayPress ABŞ Fiqurlu Konkisürmə Assosiasiyasına istinadla xəbər verir ki, Batton Nyu-Yorkun North Salem şəhərində dünyasını dəyişib.
Səhhətində problemləri olan Battonun ölümün səbəbi açıqlanmayıb.
Dik 1948 və 1952-ci il Olimpiya Oyunlarında fərdi yarışlarda qızıl medal qazanıb. O, elə həmin illəri əhatə edən dünya çempionatlarında ardıcıl 5 qızıl medal qazanıb, 7 dəfə isə ABŞ çempionu olub.
Dik Batton 1948-ci ildə Avropa Çempionu tituluna da sahib çıxıb.
Təcrübəli idmançı karyerasını bitirdikdən sonra şərhçi kimi çalışıb.
Namiq HUN
tag: Dik Batton,Fiqurlu Konkisürmə,Assosiasiya,Avropa Çempionu,todaypress.az,