İki velosipedçimizin Özbəkistan uğuru

İdman

09.05.2025 14:32

8

Azərbaycanın iki velosipedçisi Özbəkistanda keçirilən “Silkway Namangan” beynəlxalq turnirində medal qazanıb.   

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Velosipedçilər - Artyom Proskuryakov (Skretç) və Viktoriya Sidorenko (Sprint qrup yarışı) turnirin bürünc medalını qazanıblar.   

Namiq HUN

tag: Özbəkistan,Velosiped,Yarış,Turnir,Medal,Todaypress.az,