İki taekvondoçumuz Türkiyədə qızıl medal qazandı

İdman

15.02.2025 05:08

1702

Azərbaycan taekvondoçuları Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) daha 5 medal qazanıblar.

TodayPress xəbər verir ki, oğlanlar arasında Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara sahib çıxıblar.

Qeyd edək ki, dünən gənc qızlar arasında Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə etmişdi.

 

tag: Azərbaycan, Teakvondoçu, Antalya, Türkiyə, todaypress.az,