İki snayperimiz Dünya kubokunda
Almaniyada atıcılıq üzrə gənclər arasında Dünya kuboku keçiriləcək.
TodayPress xəbər verir ki, mayın 19-27-də baş tutacaq Sul turnirinə Azərbaycanın 2 snayperi sifariş olunub.
Leyli Əliyeva və Vladislav Kalmıkov tapança ilə 10 m məsafədən atəş açmaqda mübarizə aparacaqlar.
Snayperlərimiz həm fərdi yarışa, həm də qarışıq komandaların mübarizəsinə qatılacaqlar.
Yarışa ümumilikdə 58 ölkədən 645 atıcı qatılacaq.
Namiq HUN
tag: Azərbaycan,Güllə,Atıcı,Yarış,Vladislav Kalmıkov,Todaypress.az,