İki saniyəyə nokaut - FOTO

İdman

07.12.2024 16:05

ABŞ idmançıları Castin Uotson və Koul Palmer arasında qarşılaşma əlcəksiz döyüşlər liqasının tarixinə düşüb.

TodayPress xəbər verir ki, BKFC liqasında baş tutan görüş tarixdə ən qısa döyüş olub.

Bu qarşılaşma cəmi iki saniyə davam edib. Castin rəqibini erkən nokautla məğlubiyyətə uğradıb.

Qeyd edək ki, liqanın əvvəlki rekordu Uli Diasa məxsus idi. O, 2020-ci ildə üç saniyəyə nokautla qalib gəlib.

tag: Nakout ,İdman, ABŞ, Koul Palmer ,todaypress.az,

photo