İki şahmatçımız liderlər arasında

İdman

01.03.2025 10:58

1609

Monteneqroda 20 yaşadək şahmatçılar arasında dünya çempionatı davam edir.   

TodayPress xəbər verir ki, şahmatçımız Ayan Allahverdiyeva Petrovaç turnirinin növbəti turunda liderlər arasındakı yerini qoruyub saxlamağa müvəffəq olub.   

O, IV turda onunla birlikdə liderlik edən Anna Jurova (FIDE) ilə heç-heçə oynayaraq xalını 3,5-ə yüksəldib.

Ayan yalnız əlavə göstəricilərə görə rəqibindən geri qalaraq ikinci yerdə məskunlaşıb.   

Şahmatçı oğlanların turnirində isə Şiroğlan Talıbov adını liderlər qrupuna yazdırıb. Andrey Truşkonu (Ukrayna) məğlub edən şahmatçımız üçüncü yerə yüksəlib. Onun 3,5 xalı var və liderdən yarım xal geri qalır.   

Namiq HUN

tag: Şahmat,İdman,Çempionat,Monteneqro,Todaypress.az,