İki məşhur qrosmeysterimiz FIDE reytinqində gerilədi
İdman
01.07.2024 12:05
FIDE şahmatçıların yeni reytinqini açıqlayıb.
TodayPress xəbər verir ki, kişi şahmatçılarımızdan ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. Üç pillə geriləyən qrossmeyster 2726 xalla 19-cu yerdə qərarlaşıb.
Teymur Rəcəbov dörd pillə geriləyib. O, 2700 xalla 34-cüdür. Altı pillə irəliləyən Rauf Məmmədov isə 2652 xalla 76-cı yerdədir.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2990) başçılıq edir. Onu ABŞ-nin zəka sahiblərindən Hikaru Nakamura (2802) və Fabiano Karuana (2796) izləyirlər.
Qadın şahmatçılar arasında ən yaxşı göstəriciyə Günay Məmmədzadə nail olub. Dörd pillə geriləyən şahmatçımız 2441 xalla 33-cüdür.
Milli üzvlərindən Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva “Top-100”dəki yerlərini qoruyublar. Onlar 42-51-yerləri bölüşürlər.
Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İlk üçlüyü Yifanın həmvətənlərindən Venjun Ju (2566) və Ley Tinqjie (2548) təşkil edirlər.
Namiq HUN
tag: Şahmat, FIDE, Şəhriyar Məmmədyarov, İdman, todaypress.az,