İki güləşçimiz Türkiyədə keçirilən yarışda medal qazandı

İdman

06.05.2025 23:04

18

Azərbaycanın iki güləşçisi Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında keçirilən “Çempionlar” turnirində medal qazanıblar.

TodayPress xəbər verir ki, ilk yarış günündə təmsilçilərimizdən Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.

Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.

Sabah 60, 72 və 87 kq-da yer alan güləşçilər xalça üzərinə çıxacaqlar.

tag: Azərbaycan, Güləşçi, Antalya, Təmsilçi, Türkiyə, Medal, todaypress.az,