İki güləşçimiz dünya çempionatının qızıl medalını qazandı

İdman

22.08.2024 01:00

Azərbaycanın iki güləşçisi İordaniyanın Amman şəhərində davam edən U-17 dünya çempionatında qızıl medal qazanıb.

TodayPress xəbər verir ki, Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) mundialın qalibi olublar.

Final görüşlərində Daşdəmirov qırğızıstanlı Kutman Kalbayevə, Cavadov isə gürcüstanlı Vaxtanq Loluaya qalib gəlib.

Daha əvvəl Əmrah Əmrahov (48 kq) yarışın bürünc mükafatına sahib çıxıb.

tag: Güləş,Medal, İdman, Əmrah Əmrahov ,Ayxan Cavadov,todaypress.az,