İki gimnastımız Dünya Kubokunun finalına vəsiqə qazandı
Tamblinq
üzrə Azərbaycan millisinin iki üzvü Dünya Kubokunda finala yüksəlib.
TodayPress
xəbər verir ki, kişilərin yarışında Adil Hacızadə 55.500 xalla bütün rəqiblərini
qabaqlayaraq birinci yeri tutub.
Millimizin
digər üzvü Tofiq Əliyev isə 14 idmançı arasında 53.700 xalla ikinci olub.
Bu
növdə ən çox xal toplayan 8 idmançı həlledici mərhələyə vəsiqə qazanıb.
Tamblinq
üzrə final mərhələsinin yarışları fevralın 23-də keçiriləcək.
Namiq
HUN
tag: Tamblinq ,Dünya Kuboku, Adil Hacızadə,Tofiq Əliyev,todaypress.az,