İki dəqiqəlik gecikmə “Bavariya”ya 20 min avroya başa gəldi
İdman
14.12.2024 10:37
Almaniya Futbol İttifaqı “Bavariya”nı 20 min avro cərimə edib.TodayPress xəbər verir ki, komanda Bundesliqanın VIII turunun “Bohum”la oyununa gecikdiyinə görə cəzalandırılıb.
“Bavariya”nın oyunçuları avadanlığın yoxlanılması səbəbindən futbol meydançasına gec çıxıblar. Nəticədə oyun iki dəqiqə gec başlayıb.
Qeyd edək ki, Bundesliqa lideri qərardan apellyasiya şikayəti versə də, rədd cavabı alıb.
Namiq HUN
tag: Bavariya, Avro, Gecikmə ,Futbol, todaypress.az,